Tbilisi-Batumi ikimərtəbəli qatarlarında səyyar kitabxana fəaliyyət göstərir

Tbilisi-Batumi ikimərtəbəli qatarlarında səyyar kitabxana fəaliyyət göstərir

Yeni ildə Tbilisi-Batumi ikimərtəbəli sərnişin qatarlarında səyyar kitabxana fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, sərnişinlər bu kitabxanalarda klassiklərin və müasir dövrün şair və yazıçılarının əsrlərini oxuya bilirlər. Gürcüstan Dəmir Yollarının mətbuat xidmətinin rəhbəri Daçi Tsquriya deyib ki, məqsəd sərnişinlər üçün daha rahat, maraqlı səyahət şəraiti yaratmaqdır. Gələcəkdə səyyar kitabxananın digər qatarlarda və uzaq məsafələr üçün nəzərdə tutulmuş başqa nəqliyyat vasitələrində də açılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə