Toqquşmanın fəsadları tam aradan qaldırılıb ADY ASC

Toqquşmanın fəsadları tam aradan qaldırılıb ADY ASC

Dekabrın 30-da saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən mühərriki sönüb, həmin keçiddə qalıb və toqquşma hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

S.Qədirova vurğulayıb ki, hadisə nəticəsində heç bir xəsarət alan olmayıb. Hadisənin nəticələri üç saat ərzində tam aradan qaldırılıb və “Azərbaycan Dəmir Yolları” QSC həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Bu səbəbdən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

QSC rəsmisi qeyd edib ki, həmin istiqamət üzrə qatarların hərəkəti tam bərpa olunub, heç bir məhdudiyyət tətbiq olunmayıb və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə