Respublikanın əsas yollarında son vəziyyət açıqlanıb

Respublikanın əsas yollarında son vəziyyət açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı yayıb. Nazirliyin mətbuat xidmətindən SİA bildiriblər ki, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb. Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır.

Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə