Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı mühüm sosial əhəmiyyət kəsb edən sənəd olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasında daha bir mühüm bir addımın atılmasına səbəb olub.
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan Fərmanın icrası olaraq, müvafiq işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA verilən məlumata görə, artıq 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub və onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB