Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA bildiriblər ki, tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov və rayon polis idarəsinin rəhbərliyi iştirak ediblər.
Məlumat verilib ki, təmirinə bu ilin aprelində başlanılan inzibati bina 34 otaqdan və 70 yerlik akt zalından ibarətdir. Ümumi sahəsi 1130 kvadratmetr olan və müasir standartlara uyğun təmir edilən binanın bütün otaqları zəruri avadanlıq, inventarla təchiz olunub. Bina havalandırma, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb.
Tədbir iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına baxıblar. Binanın foyesində ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşə və stendlər var.
Baş İdarənin rəisi M.Seyidov bölmənin şəxsi heyətinin daha səmərəli və rahat xidməti fəaliyyət göstərməsi üçün yaradılmış belə yüksək şəraitə, eləcə də daim hiss edilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandıracaq və inzibati binaya gələcək vətəndaşların rahatlığına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB