Naxçıvan şəhərinə ilk qar yağıb

Naxçıvan şəhərinə ilk qar yağıb

Dekabrın 28-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb. SİA xəbər verir ki, qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, ötən il muxtar respublikanın ərazisinə ilk qar dekabrın 7-də, 2016-cı ildə isə oktyabrın 26-da yağıb.

Bütün xəbərlər Facebook səhifəmizdə