"Əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır" - RƏY

"Əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır" - RƏY

"Qayğıya ehtiyacı olan bütün vətəndaşların, o cümlədən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin, eləcə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi də dövlətin diqqət mərkəzindədir". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov açıqlamasında deyib.

Baş nazirinin müavini bildirib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır: "Dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Son illərdə bu kateqoriyadan olan minlərlə insan mənzillə və minik avtomobilləri ilə təmin olunublar, eyni zamanda, həmin kateqoriyadan olan insanlara çoxsaylı güzəştlər tətbiq edilir.

Əhalinin məşğulluğunun təmin olunması yönündə də məqsədyönlü işlər görülür, həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. 2018-ci il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addım sayılmalıdır. Son 15 ildə 2 milyona yaxın yeni iş yerinin açılması dövlət başçısının bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda Azərbaycanda işsizlik səviyyəsinin Avropa və MDB məkanında ən aşağı göstəricilərdən biri olması da dediklərimə əyani sübut ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə