Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında iştirak edib

Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında iştirak edib

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə