Bişkekdəki ca-news.org portalı Rusiyanın “ТурСтат” analitik agentliyinə istinadla yazır ki, Minsk, Bakı və Astana qış səyahəti üçün ən cəlbedici, maraq doğuran Müstəqil Dövlətlər Birliyi şəhərləri arasında birinci üç yeri tutub. SİA xəbər verir ki, portalın qiymətləndirməsinə görə MDB turistləri Belorusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak dağ-xizək kurortlarına üstünlük verirlər.
Bildirilir ki, çox baha olmayan səyahətlər üçün turistlər Özbəkistan və Moldovanı seçirlər. Bazar günləri səyahətləri və şopinq üçün turistlər yenə də Bakı və Astanaya üstünlük verirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB