“Qalibiyyət, şəhidlər və şahidlər” layihəsinin bağlanışı olub FOTOLAR

“Qalibiyyət, şəhidlər və şahidlər” layihəsinin bağlanışı olub FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalib layihəsi seçilmiş “Qalibiyyət, şəhidlər və şahidlər” başlıqlı sosial çarxın bağlanış tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə giriş verilib.

Layihə rəhbəri Anar Ağayi, 2016-cı il aprel ayında baş verən döyüşlər zamanı vətənpərvər şəhidlərimizin göstərdikləri şücaətlərdən ətraflı söhbət açıb. Bağlanış tədbirində iki dəfə Azərbaycan bayrağı ordeni ilə təltif olunub, sabiq korpus komandiri polkovnik Şair Ramaldanov gənclərə Aprel döyüşlərindən ətraflı bəhs edərək, Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıqlar barəsində geniş söhbət açıb.

Daha sonra söz Xəzər rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədr müavini, aprel döyüşlərinin iştirakçısı Əzimov İslama verilib. O da öz növbəsində döyüşlərdən bəhs edərək, xatirində qalanları tədbir iştirakçıları ilə paylaşıb. Aprel döyüşlərinin iştirakçısı olan Mirzəzadə Sadiq Balaşirin oğlu isə döyüşlər zamanı şahidi olduğu hadisələrdən və əsgər yoldaşlarının mərdliklərindən qürurla tədbir iştirakçılarına bəhs edib.

Tədbir bədii hissə ilə davam etdirilib. İlk olaraq Bakı Humanitar kollecinin tələbəsi Məmmədov Elvin Elşən oğlu Məmməd Arazın “Bizi vətən çağırır” şeiri ilə təlim iştirakçılarına Vətən sevgisini, müharibə ruhunu aşılayıb. Daha sonra Rastrapoviç adına musiqi məktəbinin şagirdi Əsədli Samir layihəmiz üçün hazırladığı kiçik kompozisiyasını tədbir iştirakçılarına təqdim edib. Tədbirə aprel döyüşlərində şəhid olmuş qəhrəmanlardan bəhs edən sosial çarxın nümayişi ilə yekun vurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə