İrandan Azərbaycana heroin və metamfetamin gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycanın iki vətəndaşı saxlanılıb və yoxlama aparılıb.
Komitədən SİA-ya verilən məlumata görə. şəxsi yoxlama zamanı onların üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsaqlarında 1ədəd bükümdə, ümumi çəkisi 90,481 qram olan narkotik vasitə-heroin, 3ədəd bükümlərdə isə ümumi çəkisi 96,487 qram təşkil edən metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin"in I Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB