Bakıda polisin maşını belə yandı - VİDEO

Bakıda polisin maşını belə yandı - VİDEO

Ötən gün Bakıda Dövlət Yol Polisinə məxsus BMV markalı avtomobil yanıb. SİA avtosfer.az-a istinadən xəbər verir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında baş verib.

Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan yanğınsöndürən balonlarla yanğını söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. Hadisə zamanı xərasət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə