Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları paytaxtın Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 nəfəri saxlayıblar. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyənləşib. Onlardan 2 ov tüfəngi götürülüb.
Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlar ümumilikdə 2000 manat məbləğində cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB