Sahib Ələkbərov: "Səyyar vergi yoxlamalarının sayı 3 dəfə azalıb"

Sahib Ələkbərov: "Səyyar vergi yoxlamalarının sayı 3 dəfə azalıb"

Bu il ötən illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azalıb. Bu heç də yoxlamaların olmayacağı demək deyil. SİA xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 25-də keçirilən mətbuat konfransında deyib.

Hazırda 961 min vergiödəyicisinin olduğunu deyən nazir müavini qeyd edib ki, yoxlamalar seçmə üsulu ilə davam edəcək. Nazir müavini, həmçinin vergi uçotunu bərpa etməyin zəruriliyini də vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə