Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsinin qalib layihəsi seçilmiş “Qalibiyyət, şəhidlər və şahidlər” başlıqlı sosial çarxın təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsilə giriş verilib.
Layihə rəhbəri Anar Ağayi, 2016-cı il aprel ayında baş verən döyüşlər zamanı vətənpərvər şəhidlərimizin göstərdikləri şücaətlərdən ətraflı söhbət açıb. Açılış tədbirində “Qalibiyyət, şəhidlər və şahidlər” kitabının yazıçısı, jurnalist Aidə Eyvazlı aprel döyüşləri barəsində fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Baş Kəşfiyyat İdarəsinin rəisi, polkovnik-leytenant Axundov Sənanın həyat yoldaşı, eyni zamanda 45 saylı məktəbin direktoru Axundova Nəcibə Novruz qızı şəhidimizin bu döyüşlər zamanı göstərdiyi vətənpərvərlik barəsində ətraflı çıxış edib və həmin məktəbin 4E sinif şagirdi, Allahverdiyeva Aysunun qəhrəmanlıq barəsindəki şeiri ilə davam etdirilib.
Tədbirə aprel döyüşlərində şəhid olmuş qəhrəmanlardan bəhs edən video çarxın nümayişi ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB