Bu il təhsil sahəsində hansı işlər görüldü və gələn ildə nələr gözlənilir?
Cari il ümumilikdə istər təhsil sistemi, istər kütləvi informasiya vasitələri üçün uğurlu bir il olub. Bu barədə SİA-ya açıqlamasında cari il təhsil sistemində görülən işləri qiymətləndirən və gələn il atılacaq addımlar barədə ətraflı məlumat verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə deyib. O bidlirib ki, ən azı təhsil sistemində görülən işlər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və burada KİV-in xüsusi rolu olub. Onun sözlərinə görə, 2010-cu ildə Təhsil Nazirliyində bütövlükdə ictimaiyyəti, insanları maraqlandıran, təhsil sahəsinin inkişafı ilə bağlı olan ciddi işlər görülüb, dövlət proqramları icra olunub və işlərin hər birində KİV-lər bizimlə olub.
"Bütün bunlara baxmayaraq KİV-lə bağlı bəzi problemlərimiz də olub. Bizi ən çox narahat edən məsələ jurnalistlərin peşəkarlığının olmaması, bəzi mətbuat səhifələrində qərəzli məlumatların yer almasıdır. Bütün bunlar da bəzən insanlar arasında nazirliyin fəaliyyətinə düzgün qiymət verilməsi baxımından müəyyən problemlər yaradıb. İnsanlar yaxşı bilməlidir ki, hər bir layihəni ictimaiyyətə təqdim edəndə ilk növbədə ictimaiyyət ona dəstək olmalıdır. Bunsuz heç bir layihəni həyata keçirmək mümkün deyil. Bu baxımdan da KİV-in dəstəyinə bizim xüsusi ehtiyacımız var. İstərdim ki, gələcəkdə bu və ya digər problemlərin aradan qaldırılmasına çalışaq. Bəlkə də bu problemlərin olmasında nazirliyin müvafiq şöbəsi olaraq bizim də hər hansı bir nöqsanlarımız var. Biz onlarla səmərəli əməkdaşlığın qurulmasına nail ola bilməmişik. Ancaq hər halda növbəti ildə arzulayırıq ki, gələn il də həmin insanlarla, jurnalistlərlə, mətbuat orqanları ilə daha sıx əməkdaşlıq edə bilək", - deyə o əlavə edib.
2010-cu ildə KİV-lə əməkdaşlıq istiqamətində xeyli addımlar atıldığını deyən B.Hüseynzadə vurğulayıb ki, növbəti ildən elektron KİV-lərlə əməkdaşlığa daha çox üstünlük veriləcək. Onun sözlərinə görə, artıq bu gün cəmiyyət dəyişib, bütün məktəblər kompyuterlə təchiz olunub, mərkəzi şəhərlərin hər birində məktəblər internet şəbəkəsinə qoşulub: "Artıq cəmiyyətdə də insanlar kompyuterlə işləməyə üstünlük verirlər. Bu baxımdan işimizin daha uğurlu getməsi, insanların daha çevik və operativ informasiya əldə etməsi üçün internet saytlarında resurları genişləndirməliyik. Bu il ümumilikdə təhsil ssteminin inkişafı, kütləvi informasiya vasitələri ilə münasibətlər baxımından uğurlu bir il olub. Gələcəkdə həm ötən il yarımçıq qalan işlərimizi davam etdirmək fikrindəyik, həm də fəaliyyətimizi daha da təkminləşdirmək və jurnalistlərlə daha sıx əməkdaşlıq etmək niyyətindəyik".
Daha sonra nazirlik rəsmisi xalqımıza və jurnalist həmkarlarına bayram təbriklərini çatdırıb: "Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə bütün insanları və jurnalist həmkarlarımızı təbrik edirəm. Onlara ən əsasən can sağlığı və gələcək işlərində uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB