Dövlər komitəsi bu il hansı işləri görüb? HESABAT

Dövlər komitəsi bu il hansı işləri görüb? HESABAT

"Cari il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 112 tədbir həyata keçirilib, 6 araşdırma və təhlil aparılıb, 18 təklif irəli sürülüb,14 beynəlxalq konfransda iştirak təmin edilib". SİA-nın xəbərinə görə, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun bu gün keçirilən hesabat tədbirində çıxış edərkən deyib.

Bu il komitə əməkdaşlarının mühüm xarici səfərlərinin olduğunu deyən H.Hüseynova söyləyib ki, cari ildə qurumun əməkdaşları 10-a yaxın ölkələrdə ixtisaslaşmış təlim keçiblər: "İlk öncə qeyd edim ki, bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yanaşı, qadınlara seçmək və seçilmək hüququnun verilməsinin də 100 illiyini qeyd etdik. Azərbaycan müsəlman Şərqində qadına seçmək və seçilmək hüququ verən ilk ölkədir. 100 il əvvəl belə bir hüquq əldə etməklə biz bir sıra qabaqcıl Avropa ölkələri ilə eyni sırada dayanırıq. Bu əlamətdar hadisə ilə bağlı Gəncədə konfrans keçirildi və bununla da silsilə tədbirlərə start verildi. Bu tədirlərə isə ölkə daxilində Qadınların V Forumu ilə yekun vurduq. Qeyd edim ki, Forumun yeni formatda keçirilməsi, beynəlxalq statusa malik olması çox bəyənildi. Bundan başqa, qadın sahibkarlığınin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər keçirildi, memorandumlar imzalandı".

Komitə sədri qeyd edib ki, bu ilin iyul ayında Bakıda "İşgüzar Qadınlar" Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində "Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq "mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb: "Daha sonra əməkdaşlıq memorandumu imzalanıb".

Komitə sədri qeyd edib ki, sentyabrda Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində "Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri" mövzusunda xüsusi ssesiya keçirilib: "Bu tədbirin sonunda da əməkdaşlıq memorandumu imzalanıb. Həmin sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabr ayında isə Rusiya Federasiyasının Həştərxan vilayətində "Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı" biznes forum keçirildi. Nəzərinizə çatdırım ki, iki dövlət arasında biznes və işgüzar əlaqələrin qurulmasına yönəldilmiş və 30-a qədər azərbaycanlı sahibkar qadın bu Forumda iştirak edib. Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər, yeni bazarlara çıxış imkanlarına malik olsunlar, öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxaq səviyyədə əlaqələr qurulsun, şəbəkələr yaradılsın. Bu məsələləri biz bütün səviyyələrdə qaldırırıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə