Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dini-milli dəyərlərimizdə qadın amili” adlı layihənin açılış tədbiri və ilk seminarı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə tanınmış ziyalılar iştirak edib. Tədbirin mahiyyəti gənclər arasında maarifləndirmə işinin aparılmasıdır. Sözü gedən tədbirin layihə direktoru Arzu Həsənzadənin sözlərinə görə, tədbir gənclər tərəfindən olduqca maraqla qarşılanıb. Gənclərin mövzu istiqamətində ünvanlandıqları suallar ziyalılar tərəfindən cavablandırılmış, onların bu istiqamətdə təklif və münasibətləri dinlənilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İslam Universitetinin tələbələri və digər gənclər təşkilatlarının üzvlərinin birgə iştirakı ilə 100-dən artıq gənc maariflənib.
Tədbirdə iştirak edən gənclərə sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB