“İrəli” 10 illiyini cəbhədə qeyd edib FOTOLAR

“İrəli” 10 illiyini cəbhədə qeyd edib FOTOLAR

“İrəli” İctimai Birliyinin komandası Ağdamda yerləşən N saylı hərbi hissəyə gedib. SİA-nın verdiyi məlumata görə, “İrəli” İctimai Birliyi təşkilatın təsis olunmasının 10-cu il dönümü münasibəti ilə gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənən gəncləri mükafatlandırmaq məqsədi ilə cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərləgörüşüb. “İrəli” İctimai Birliyinin 10-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İrəli” komandası və 100-dən çox üzv Ağdam rayonunda yerləşən “Şəhidlər abidəsi”ni ziyarət edib, abidənin önünə gül dəstələri qoyub.

Daha sonra “İrəli” komandası Ağdam rayonu N saylı hərbi hissəyə gedib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan edilib. “İrəli” komandası ənənəni davam etdirərək təşkilatın ad günü tortunu N saylı hərbi hissədə cəbhə bölgəsində vətəninin keşiyində duran əsgərlərlə birlikdə kəsib. Hərbi hissə ilə tanış olan “İrəli” gəncləri əsgər yeməyi yeyərək mədəni-əyləncəli proqramı izləyiblər. “İrəli” tərəfindən həqiqi hərbi xidmət zamanı fərqlənən əsgərlərə fəxri fərman və dəyərli hədiyyələrverilib. “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxışında bildirib ki, təşkilat olaraq qarşımızda duran vəzifə Azərbaycan gənclərinin vətənpərvər ruhda yetişmələrinə töhvə və təkan verməkdir. Məhz hər il olduğu kimi bu il də əsgərlərlə birlikdə yubileyimizi qeyd etməyimiz əsgərlərdə ruh yüksəkliyi yaradır. Bayram öncəsi onlarla görüşümüz, cəbhədə olan vəziyyətlə tanış olmamız əsgərlərdə ruh yüksəkliyi yaradır. Bizim də məqsədimiz az da olsa onların üzünü güldürmək, bayram ab-havası yaşatmaqdır. Məhz elə bu səbəbdən də biz təşkilatın 10-cu ildönümünü həmişə olduğu kimi bu formada etməyi planlaşdırdıq. Sədr çıxışının sonunda qeyd edib ki, Azərbaycan əsgəri Azərbaycanın qürur mənbəyidir. Birliyin mətbuat xidmətindən bildirilib ki, 25 dekabr 2018-ci il tarixində ictimaiyyət üçün açıq Hesabat-Seçki konfransı baş tutacaqdır.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 2003-cü ildə Ümumrespublika Gənclər Hərəkatı kimi yaradılıb. 2008-ci ilin dekbarın 24-də isə “İrəli” İctimai Birliyi təsis olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə