Bu həftə uşaq bağçalarına verilən ərzaqların çeşidləri artırılacaq

Bu həftə uşaq bağçalarına verilən ərzaqların çeşidləri artırılacaq

Uşaq bağçalarının ərzaq təminatına nəzarət daha da artırılacaq. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin tabeliyində olan müəssisələrin ərzaq təminatı hər zaman gündəlik nəzarətdə saxlanılır və ərzaqla bağlı daxıl olan hər bir müraciət ciddi şəkildə araşdırılır.

Komissiyanın bütün rayonlardakı uşaq bağçalarında apardıqları yoxlamalarda ciddi nöqsanlar və problemlər aşkar edilməmişdir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə bağçalara verilən ərzaqların keyfiyyətinin ciddi nəzarətdə saxlanilması, hər hansı problem yaranarsa dərhal məlumat verilməsi tapşırılmış, bildirilmişdir ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bu işlərdə ictimaiyyət nümayəndələri və ilk növbədə valideynlərin köməyi və məlumatları əsas götürüləcəkdir. Ümumiyyətlə isə 2018-ci il ərzində şəhərin Məktəbəqədər təhsil və uşaq evlərində ərzaq təminatı ilə bağlı hər hansı problemlər yaşanmamış və məsələnin süni surətdə şişirdilməməsi tövsiyə olunur".

BŞİH qeyd edir ki, eyni zamanda Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumlara Yeni il ərəfəsində bağçalara verilən ərzaqların çeşidlərinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə