Millət vəkili bu ilin nəticələrini necə qiymətləndirir?

Millət vəkili bu ilin nəticələrini necə qiymətləndirir?
"2010-cu il respublikamız üçün çox uğurlu bir olub və bu haqda çox danışmaq olar. Azərbaycan daha da qüdrətlənib, onun iqtisadi, hərbi gücü artıb, dünya səviyyəsində reytinqi yüksəlib və Qafqazın lider ölkəsinə, regionda söz sahibinə çevrilib. Bu böyük nailiyyətdir". Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Univeritetinin rektoru Şəmsəddin Hacıyev ötən ilin yekunları və gələn ildəki yeniliklərlə bağlı SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, 2010-cu ildə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də çox uğurlu bir olub. Ən uğurlu nailiyyətin isə cari il Təhsil haqqında qanunun güvvəyə minməsi olduğunu deyən Ş.Hacıyev vurğulayıb ki, artıq təhsilin nizamlanması və tənzimlənməsi üçün müasir tələblərə cavab verən qanunun olduğunu bilirik.

"İndi yeni qanunlar üzərində iş gedir. Elm haqqında qanun artıq qurtarıb və bu yaxınlarda müzakirəyə çıxarılacaq. Ali təhsil haqqında qanun layihəsi üzərində çox ciddi iş gedir. Ümumtəhsil haqqında qanun layihəsi növbəti ildə hazırlanacaq. Bundan əlavə, Yaşlıların təhsili haqqında qanun və Təhsil krediti haqqında qanun layihəsi 2011-ci ildə qəbul olunacaq", - deyə o əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinə gəlincə, Ş.Hacıyev qeyd edib ki, bu il universitet demək olar ki, yenidən qurulub. Elektron universitet layihəsini bu il başa çatdıracaqlarını deyən rektorun sözlərinə görə, bu onların cari ildəki ən böyük nailiyyətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə