Dövlət İmtahan Mərkəzi bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınmışdı.
Onlardan 324 nəfər imtahanda iştirak edib. İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB