Hərbi Liseydə əsaslı təmir-tikinti işlərinin gedişi yoxlanılıb

Hərbi Liseydə əsaslı təmir-tikinti işlərinin gedişi yoxlanılıb

Dekabrın 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesinin həyata keçirildiyi obyektlərə baxış keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Z.Həsənov inşaatla bağlı verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini vurğulayan general-polkovnik Z.Həsənov gələcək zabitlər üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə