Xaçmaz rayonu Müqtədir qəsəbəsinin inzibati ərazisində keçirilən reyd zamanı Xəzər dənizinin sahil sularında 10 balıqçının nərəkimiləri qanunsuz ovladığı aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, 3 balıqçı qayığında ovu qadağan olunmuş nərəkimilər fəsiləsinə aid uzunluğu 35-60 sm, çəkiləri 500 qramdan 2,5 kq-dək olan 26 baş körpə balıq aşkar edili
Faktlarla bağlı 10 brakonyer barəsində akt tərtib edilib, təbiətə vurulan 6600 manat məbləğində ziyan hesablanıb.
Hazırda həmin şəxslərin məsuliyyətə cəlb olunmaları üçün tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB