Akademik Cəlal Əliyev adına beynəlxalq mükafat təsis olunub FOTO

Akademik Cəlal Əliyev adına beynəlxalq mükafat təsis olunub FOTO

Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Fotosintez Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) Cəlal Əliyevin şərəfinə “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda 9-cu beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edib və onun adına (The Jalal Aliyev Lecture Scholarship Award) mükafat təsis edilib.

SİA-nın məlumatına görə, Cəlal Əliyev adına mükafatı alan ilk alim Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shen olub. 17-18 dekabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən konfransda mükafat Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye tərəfindən şəxsən professor Jian-Ren Şenə təqdim edilib.

Qeyd etmək lazışdır ki, Jian-Ren Shen 1961-ci ildə Çinin Jeçianq vilayətində anadan olub, 1982-ci ildə Jecianq Kənd Təsərrüfatı İnstitutunu bitirib, 1986-cı ildə Yaponiyanın Tokio Kənd Təsərrüfatı və Texnologiyası Universitetində magistr dissertasiyasını müdafiə edib, 1990-cı ildə isə bu universitetdə fəlsəfə doktoru dərəcəsini alıb. 1990-1997-ci illərdə Yaponiyanın RIKEN İnstitutunda Günəş Tədqiqatları qrupunda tədqiqatçı alim kimi işləyib. 1997-2003-cü illərdə həmin institutda böyük elmi işçi kimi fəaliyyət göstərib. 2003-cü ildən bu günə kimi Yaponiyanın Okayama Universitetinin professorudur. Eyni zamanda, Yaponiya Fənlərarası Tədqiqatlar İnstitutunun professoru və dekan müavinidir. Professor Jian-Ren Şenin tədqiqatları fotosintetik sistemlərin struktur və funksiyasının öyrənilməsinə həsr olunub. O, 2011-ci ildə ilk dəfə olaraq 2-ci fotosistemin strukturunu 1.9 Å dəqiqliklə müəyyən etmiş (Nature, 2011) və bu nailiyyət Science jurnalında “2011-ci ilin kəşfi” adlandırılmışdır. O, öz qrupu ilə birlikdə 2-ci fotosistemin radiasiyadan zədələnməyən quruluşunu (Nature, 2015), 2-ci fotosistemin aralıq quruluşunu (Nature, 2017), ali bitkilərdə FSI-LHCI quruluşunu (Science, 2015), fotosintetik bakteriyada LH1-RC-nin quruluşunu (Nature, 2018) və s. müəyyənləşdirib. Professor Jian-Ren Şen Yaponiyada bir sıra mükafatlara, o cümlədən, nüfuzlu Asahi mükafatı (2013) və Yaponiyanın Baş nazirinin Yaşıl Elm mükafatına (2017) layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə