“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitab təqdim edilib

“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitab təqdim edilib

Dünən, 19 dekabr tarixində, Fəlsəfə İnstitutunda AMEA doktorantı Günel Məliklinin “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabının təqdimatı olub.

SİA xəbər verir ki, tədbirdə alimlər, millət vəkilləri, media nümayəndələri iştirak edib. İnstitutun direktoru İlham Məmmədzadə bildirib ki, bu iş çox komponentlik təşkil edir: “Bu Günelin ikinci uğurlu kitabıdır və onun doktorluq işinin əsasını təşkil edir. İlham Əliyevin siyasi strategiyası onunla bağlıdır ki, bütün əhali firavan həyat sürsün. Onun uğurları bu kitabda çox gözəl şəkildə öz əksini tapıb. Bu gün Azərbaycanın inkişafını görməmək mümkün deyil”.
Daha sonra çıxış edən kitabın müəllifi G. Məlikli qeyd edib ki, ötən illərdə Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələr üzrə milli inkişafını davam etdirərək nəzərə çarpacaq nailiyyətlər qazanmışdır: “Cənab İlham Əliyev prezident seçildikdən sonra ulu öndərin siyasi kursunu davam etdirəcəyinin və bunu əyani surətdə bəyan etməsi ilə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyevin siyasi kursunu davam etdirməsi ilk növbədə əldə edilən uğurların daha da çoxalması ilk növbədə dövlətçiliyimizin əbədiliyi deməkdir. Monoqrafiyanın aktuallığı haqqında danışdıqda isə cəmiyyətimizdə yaranan yeni siyasi münasibətlər milli azadlıq hərəkatı nəticəsində Azərbaycan Respublikasının Sovet imperiyasından ayrılaraq öz müstəqilliyini bərpa etdi”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hadı Rəcəbli vurğulayıb ki, ölkəmizin çətin vəziyyətində vacib şərt düzgün prioritetlərin seçilməsi idi: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi və onun uğurlu prioritetlərinin bəziləri bu kitabda öz əksini tapıb. Heydər Əliyev yüksək liderlik keyfiyyətləri göstərərək ölkəni çətin məqamlardan çıxartdı. Bu gün Azərbaycanda sabitlik var. Prezidentimizin əsas istəyi kiçik sahibkarlığın inkişaf etməsi, əmək haqqının artırılması, insanların güzəranının yaxşılaşdırılması üçün çalışmaqdır”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə