Türkiyədə Azərbaycan həqiqətlərindən yazan 200 min tirajlı qəzet oxuculara “Star” qəzeti ilə birgə çatdırılır
Türkiyədə nəşr olunan qəzetlər sırasına biri də qoşulub - “Can Azerbaycan”. Bu qəzet əsasən Azərbaycan haqda məqalələr tirajlayır. İki qardaşın - Türkiyə və Azərbaycanın bütün sahələrdəki əlaqələrindən, hər iki ölkəni narahat edən və gələcəyə ümidləndirən yazılarla oxucuların görüşünə gəlir.
Namik Kemal Yıldırım adlı soydaşımız "Can Azərbaycan"ın təsisçisi və Baş redaktorudur. Əslən Qarsdan olan Namik bəy əsl Azərbaycan sevdalısı, Azərbaycan aşiqidir. Azərbaycanlıdır, vaxtilə babası və digər qohumları erməni zülmündən qurtulmaq üçün Arazın bu tayından Türkiyəyə köç ediblər. Qarsda özlərinə yuva qurublar.
Hələlik 4-cü sayı işıq üşü görən qəzetdə Azərbaycanda baş verən ən son və əlamətdar hadisələr barədə məqalələr dərc edilib. Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan qəzetin yeni sayında iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərə geniş yer verilib. Bununla yanaşı, qəzetdə Heydər Əliyev Fondunun fəaliyyəti və Fondun Azərbaycan həqiqətlərinin, mədəniyyətinin təbliği ilə bağlı gördüyü işlər haqqında da danışılır.
Ölkənin nüfuzlu və çoxtirajlı “Star” qəzetinin əlavəsi kimi nəşr olunub və oxuculara pulsuz paylanılıb. 110 min nüsxə tirajla çap olunan 15 səhifədən ibarət “Can Azerbaycan” qəzetinin bir səhifəsindəki yazılar Azərbaycan dilində təqdim edilib.
Qəzetin təsisçisi və Baş redaktoru Namik Kemal Yıldırımla diasporumuzun Azərbaycanda keçirilən qurultayından sonra tanış olduq. Azərbaycana, muğamımıza, mədəniyyətimizə, incəsənətimizə çox yaxın olduğu, daha doğrusu vurulğunu olduğunu gördüm. Can Azərbaycanı dərc etməyində də məqsəd Türkiyədə Azərbaycan haqqında məlumatlara bizim istədiyimiz və görmək istədiyimiz qədər yer verilməməsi ilə bağlıdır. Güman edirik ki, bundan sonra Can Azərbaycan doğma Vətənimiz Odlar Yurdunda baş verənləri soydaşlarımıza çatdırmaqla məlumat qıtlığını aradan qaldıra biləcək. Bu yolda Can Azərbaycana bol şanslar diləyir, uzun ömürlü olsun deyirik.




.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB