Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində “Dubai Trade” şirkətinin icraçı direktoru Mahmud Əl Bastaki ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SİA-ya bildirilib ki, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təmkin Xəlilov Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesində informasiya texnologiyalarının tətbiqi, yeni innovasiya layihələri barədə məlumat verib.
Görüşdə informasiya texnologiyalarının gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, beynəlxalq ticarətin sürətli və asan şəkildə reallaşdırılmasındakı rolu barədə müzakirələr aparılıb, bu sahədə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin ümumi işə fayda verəcəyinə əminlik ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB