Vidadi İsgəndərlinin xatırlamaq istəmədikləri: Qızı zorlaması, satqınlıq, əyyaşlıq və ...
Şərin, böhtanın, yalanın miqyası və dövriliyi böyüdükcə təəccüb azalmalıdır. Məntiq bunu deyir amma...
Radikal müxalifətin "Avropa çıxıntısı” hesab edilən antimilli mühacirlərin, xüsusilə Vidadi İsgəndərlinin təqdimatındakı yalan və böhtanlar təəccüb gücünü nəinki itirmir, hətta hər gün təəccübləndirməkdə davam edir. Adam dayanmadan necə yalanlar ifraz edə bilər, hətta bugünkü yalan dünənkini təkzib etsə belə eyni şövqlə necə davam edə bilər? Bu şər makinası önündə heyrətlənməmək mümkünsüzdü, adamın həyasızlığı sərhəd tanımırmış.
Siyasi gündəmə atasının qəbri üzərindən gəlməyi özünə rəva bilən adamdan bundan artığını gözləmək sadəlöhvlük olardı. Bununla belə Vidadi İsgəndərlinin şəxsimə yönəlik absurd iddiaları ilə bağlı bəzi qeydlərimi diqqətinizə çatdırmaq ehtiyacı duydum. Deməli, adam indi də məni hədəf seçib. İddia edir ki, guya atasının qəbrinin təhqir olunmasında hansısa formada iştirakım olub, guya dayım uşaqları bu məsələyə görə polisə də çağrılıb. Adama məntiq dərsi keçmək həvəsində deyiləm, bunun Vidadi İsgəndərliyə təsir edəcəyini də zənn etmirəm. Bildirirəm ki, bəli, mənim dayım uşaqları var, onlar Göyçayda yaşayırlar. Hamının bildiyi bu həqiqət Vidadi İsgəndərlinin atasının qəbrini məhz onların təhqir etdiyi anlamına gəlirmi? Bu nə məntiqdi, bu nə sayıqlamadı?
Başqa vaxt Azərbaycan hakimiyyətinə, eləcə də polisinə kin püskürürsən, Vidadi İsgəndərli...İddia edirsən ki, hakimiyyət atanın qəbrinin təhqir olunmasını araşdırmaqda maraqlı deyil. Doğrudan da iddia etdiyin kimi bu məsələnin obyektiv araşdırılmasına mane varsa və yenə iddia etdiyin kimi bu işi dayım uşaqları həyata keçiribsə, sənin olmayan məntiqinlə onlar nəinki polisə çağrılmamalıydı, əksinə ciddi cəhdlə qorunmalıydı.
Bu məntiqin gəldiyi nəticədir. Məntiq faktı doğurur, o faktı ki, həmişə olduğu kimi yenə yalan ifraz edirsən, yenə ənənəvi ampluandasan, yenə kin qusursan.
Bu sətirləri yazarkən bəzi nüansları xatırlayıram. Vidadi İsgəndərlinin hüquq mühafizə orqanlarından kənarlaşdırıldığı çox da uzaq olmayan keçmişi. O keçmişi ki, indi Vidadi İsgəndərli ciddi cəhdlə ört-basdır etməyə çalışır. O keçmişi ki, utanılacaq məqamlarla zəngindi. O zaman Vidadi İsgəndərli haqda mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları izləyirdim. Bir dəfə facebook akauntunda onun bir qızı zorlaması ilə bağlı status gördüm. Daha sonra bununla bağlı indi üzərində geniş dayanmaq istəmədiyim bəzi təfərrüatlar da açıqlandı. Və Vidadi İsgəndərliyə antipatiyam beləcə başladı. Bu antipatiya məndə onun ifşa olunmasına xüsusi bir meyl yaratmışdı və beləcə, mən onu ifşa etməyə çalışdıqca o da öz növbəsində məni ləkələmək üçün şər-böhtan kampaniyasına başladı. O məni daha nələrdə ittiham etmədi ki...
Gah dedi, keçmiş nəqliyyat naziri Ziya Məmmədova işləyirəm, gah hamını inandırmağa çalışdı ki, guya hüquq - mühafizə orqanları üçün çalışıram. Adam işlətməli olduğu başını bircə dəfə işlətmədi ki, Ziya Məmmədova ya da digərinə muzdla işləyən şəxs ailəsilə birgə uzun illər kirayələrdə yaşamazdı.
Vidadi İsgəndərli, sənin yaşının o vaxtıdır ki, indi atana rəhmət qazandırmalısan. Daha kimdən xoşun gəlmirsə, kimə "ilişmək” istəyirsənsə onu hədəf götürüb "atamın qəbrini o təhqir edib” deyə gündə bir yalan uydurmamalısan. Avropalı ağalar maliyyənizi azaldıbsa, daha qrantlar əvvəlki intensivliklə verilmirsə? bunun günahkarı mən deyiləm. Buna görə heç rəhmətlik atanın ruhunu da narahat etməyə dəyməzdi…
Vidadi İsgəndərlinin üstündən illər keçəndən sonra xatırlamaq istəmədiyi bəzi şeyləri də xatırlayıram. Məsələn onu ki, Vidadi İsgəndərli 2003-cü ilin məlum mitinqləri zamanı tutulan gənclərə işgəncə verən ən qəddar müstəntiq kimi ad qazanmışdı. İndi isə Avropada oturub Azərbaycana demokratiya gətirəcəyindən dəm vurur. Başa düşən üçün ayıbdır, amma gərək baş ola…
Başqa məsələləri də xatırlatmaq olar İsmayıllıda müstəntiq olduğun dövrdə toyuq oğrusuna 9 il iş istəməyin, içib İsmayıllı meşələrində yatıb qalmağından tutmuş, böyük rüsvayçılıqlarla müşaiyyət olunmuş əyyaşlıqlarına qədər. Milliyyətcə qaqauz türkü olan qızı zorlamağın isə tərcümeyi-halının ən böyük ləkələrindəndir.
Unutma: Sən və orduxanlar hər zaman Azərbaycan xalqına yad olub. Çünki sənin kimi şərəf və ləyaqətini itirmişlər pul və sərvət üçün dövlətini, Vətənini satanlardır. Necə ki, Tural Sadıqlı və Məhəmməd Mirzəli 80 min evro üçün bir-birlərinə girib, bir-birlərinin valideyinlərini təhqir edirdi. Sən də, Orduxan da, Emin Millli və Emin Hüseyinli kimi Ölkənizi, Ana vətəninizi qrantlara satdınız…
Unutmayın ki, xalqımızın sizin kimi Vətən xainlərinin Azərbaycana gətirmək istədiyi "demokratiya”ya ehtiyacı yoxdur. Gedin, özünüzə başqa bir məşğuliyyət tapın.
Emil Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



