"Dil normalarının pozulması ilə bağlı monitorinqlər artırılmalıdır”
“Dil normalarının pozulmasının qarşısını almaq üçün monitorinqlər getdikcə daha da artırılmalıdır”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, deputat Nizami Cəfərov “Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfransda deyib.
O bildirib ki, aparılan monitorinqlərin nəticəsində dil normalarının düzgün işlənməsinə diqqətin artdığı, səhvlərin azaldığı göz qabağındadır: "Bu gün dillə bağlı ən böyük narahatlıq mətbuatdandır".
N.Cəfərovun sözlərinə görə, Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür: "Mətbuatımızda fərdi üslub sıradan çıxır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB