“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” AKSİYA

“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” AKSİYA

Ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” şüarı ilə keçirilən payız ağacəkmə kampaniyası davam edir. Ağac əkilməsinin təşviqi məqsədilə dekabrın 15-də keçirilən növbəti aksiyaya kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri də qoşulublar. SİA xəbər verir ki, kampaniya zamanı jurnalistlərin yaşadığı binanın ətrafında nazirliyin əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə 200-dən çox müxtəlifcinsli ting əkilib.

Qeyd edək ki, bu fidanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft Açıq Səhmdar Cəmiyyətinin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan hər kəsə təşəkkür edir.

Bütün xəbərlər Facebook səhifəmizdə