“Elmin və texnologiyaların inkişafı növbəti 15 il ərzində xüsusilə aktual olacaq. Xüsusilə də, internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir”. SİA-nın xəbərinə görə, bunu “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov Milli Məclisdə PAİ-nin Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxış edərkən deyib.
Son illər robortların populyarlaşdığını deyən sədr müavini söyləyib ki, bunun nəticəsində növbəti illərdə bir çox işlər avtomatlaşdırılacaq.
Onun sözlərinə görə, növbəti 10 ildə dünyada broker, bankçı, hüquqşünas, auditor, kassir kimi vəzifələr sıradan çıxacaq: “Azərbaycanda insan kapitalı gələcəkdə bizi gözləyən dəyişikliklərə uyğunlaşmağa hazırdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə “Azərkosmos” ASC yaradılanda komandamızın formalaşmasında xaricdə təhsil alan azərbaycanlı gənclərinə müraciət etdik. Bu sahədə heç bir çətinlik yaşamadıq”.
R.Rüstəmov söyləyib ki, dünyada qarşıdakı illərdə müəyyən iş növləri sıradan çıxsa da, yaradıcılıq, liderlik bacarıqları yaxşı olan iş yerləri aktual olacaq: “Milyonlarla insan öz peşəsini dəyişməlidir. Əks halda, onlar öz işlərini itirəcəklər. İnsanlar hökumətlər, qeyri-hökumət təşkilatları tərəfindən bu istiqamətdə maarifləndirməli və yeni peşələrə yiyələnmək istiqamətində stimullaşdırmalıdırlar”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB