Hicran Hüseynova: “Nigahdan kənar olan və rəsmi nigahdan keçməyən ailələrin sayını araşdırmaq çox çətindir” - AÇIQLAMA
Nigahdan kənar olan və rəsmi nigahdan keçməyən ailələrin sayını araşdırmaq çox çətindir. Bu barədə SİA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. O bildirib ki, son dövrlərdə komitənin əməkdaşları bütün rayonlardan belə ailə və uşaqlar haqqında məlumat toplayır. Komitə sədrinin sözlərinə görə, artıq məlum olub ki, çox yerdə nigahdan kənar doğulan uşaqların doğum haqqında şəhadətnamələri yoxdur.
"Biz çalışırıq ki, onları rəsmiləşdirək və belə ailələrə dəstək olmaq üçün onları rəsmi nigahdan keçirək. Bu da Azərbaycan qanunlarına olan hörmətdir. Çünki, əslində insanlar bu cür hallara yol verməklə qanunları pozurlar. Bir sözlə, onların sayı ilə bağlı rəsmi qeydiyyatını aparmaq çox çətindir. Bizdə əsasən Azərbaycanda rəsmi doğulan uşaqların statistikası var. Orada isə qeyd olunmur ki, o rəsmi və ya qeyri-rəsmi nigahdan olanlardır. Amma çox zaman insanlar özləri erkən nigah olan yerdə belə halları gizlətməyə çalışırlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB