Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı Sərəncamla Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıb:
Səmərəli diaspor fəaliyyətinə görə Aidə Şahvələd qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB