Gənclər təşkilatı “Müasir Azərbaycan gəncləri” konfransını keçirdi
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisi Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Müasir Azərbaycan gəncləri” mövzusunda konfrans keçirib. Mərkəzdən SİA-ya verilən məlumata görə, Gəncə şəhər Gənclər Evində həyata keçirilən konfransa Mərkəzin üzvləri və şəhər ictimaiyyətinin fəal üzvləri qatılıblar.
Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Gülnar Məmmədova əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurla həyata keçirilməsini vurğulamış, onun hər zaman gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığını diqqətə çatdırıb: "Bu gün Azərbaycan gəncləri vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin bəhrəsini görür, özləri də bu siyasətin həyata keçirilməsində fəal iştirak edir və uğurlar əldə edirlər. Bu gün Azərbaycan gəncliyi həmin siyasətin nəticəsində nəyin ki, ölkə daxilində, ölkəmizin hüdudlarından kənarlarda da Azərbaycanı müxtəlif sahələrdə çox layiqincə təmsil edirlər".
Çıxışlar bitdikdən sonra konfrans “Azərbaycanda gənclər siyasəti və müasir gənclərin inkişafında Heydər Əliyevin rolu” mövzusu ətrafında debat xarakterli interaktiv müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB