Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. DSX-dən SİA-ya verilən məlumata görə, 12 dekabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun-larının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində Alazan çayının kənarında gizlədilmiş 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB