Komitə sədri: “Gələcəkdə rayonlarda daha 9 uşaq və ailələrə dəstək mərkəzlərinin açılması nəzərdə tutulub”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) məhbus qadınlarla bağlı daim müəyyən işlər görür, müxtəlif tədbirlər həyata keçirir. Bu barədə SİA-ya açıqlamasında komitənin sədri Hicran Hüseynova məlumat verib. O bildirib ki, komitənin əməkdaşları mütəmadi olaraq onlar haqqında ətraflı məlumatlar toplayır.
"Bu qadınların arasında eləsi var ki, çox ağır cinayətə yol verib və təbii ki, o, uzun müddət həbsxanada qalıb. Ancaq eləsi də var ki, kiçik hadisə nəticəsində ora düşüb. Həmin insanlar gərək mütləq şəkildə bu cəmiyyətə inteqrasiya olunsunlar. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da dəfələrlə bu məsələni qaldırıb ki, həmin insanların cəmiyyətə qayıtmasından ötrü imkan yaratmaq lazımdır. Çalışırıq ki, onlar üçün iş yerləri tapıb hansısa peşəyə cəlb edək ki, həmin qadınlar cəmiyyətdən kənarda qalmasınlar. Belə insanlara mütləq kömək etmək lazımdır", - deyə o əlavə edib.
H.Hüseynova həmçinin, məhbus qadınların azadlıqdan çıxdıqdan sonra onlar üçün sosial reabilitasiya mərkəzlərinin yaranması məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, komitənin uşaq və ailələrə dəstək mərkəzləri belə insanlarla da işləyir: "Bizim hələlik 2 belə mərkəzimiz var. Ancaq gələcəkdə rayonlarda 9 belə mərkəzin açılması nəzərdə tutulub. Güman edirəm ki, rayonlarda belə mərkəzlərin açılması onlara hansısa dəstək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB