Komitə rəsmisi: “Cari ildə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti uğurlu və hərtərəfli olub”- AÇIQLAMA
Cari ildə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) fəaliyyəti uğurlu və hərtərəfli olub. Bu barədə SİA-ya komitənin mətbuat xidmətindən Emin Kərimov məlumat verib. O bildirib ki, cari ildə komitə tərəfindən Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi ilə "Müasir Azərbaycanda ailə və nigah institutu: sosioloji təhlil" mövzusunda tədqiqat aparılıb, tövsiyələr hazırlanıb.
Onun sözlərinə görə, ailədə qadın və uşaqlara qarşı zorakılıq probleminə diqqətin artırılması, bu sahədə işin gücləndirilməsi məqsədi ilə regionlarda "Ailədaxili zorakılığa qarşı mübarizə tədbirləri" layihəsi həyata keçirilib. Cari ildə komitə tərəfindən qadın problemləri və gender məsələləri ilə bağlı həyata keçirilən işlər haqqında da danışan E. Kərimov söyləyib ki, bu il bələdiyyələrdə gender siyasətinin həyata keçirilməsi prosesinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində "Yerli özünüidarəetmə orqanlarında qadınların rolu" mövzusunda konfrans təşkil edilib: "Bundan əlavə, komitən bir il ərzində bölgələrdə də mühüm işlər görüb, bir sıra tədbirlər keçirib. Buna misal olaraq XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi mövzusunda regional görüşlər keçirilib. "Ekologiya problemlərinin həll olunmasında qadınların rolu" layihəsi çərçivəsində təbii ehtiyatların səmərəli istifadəsinin təşkili, ekoloji böhrandan çıxış yolları, qadınlar arasında ekoloji maarifləndirmə işlərinin təşkili məqsədi ilə müzakirələr aparılıb. Həmçinin bölgələrdə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununun təbliğ olunması istiqamətində təlimlər təşkil edilib".
Komitənin cari ildə uşaq problemlərinin həllində mühüm işlər gördüyünü dilə gətirən E. Kərimov qeyd edib ki, cari ildə Azərbaycan uşaqları haqqında elektron məlumat bankı yaradılıb. O qeyd edib ki, bundan əlavə 2010-cu ildə "Doğumun qeydiyyatı" layihəsi üzrə regionlarda aparılan araşdırmalar nəticəsində uşaq saytı istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB