Jalə Əliyeva: “Mədəniyyət komitəsi efirlərdə olan vəziyyətlə bağlı ayrıca bir qanun layihəsi hazırlamağı nəzərdə tutur”
"Azərbaycanda Dil haqqında qanun qəbul edilsə, Dil Komissiyası fəaliyyət göstərsə də dilimizin bügünkü işləmə mexanizmi onu deməyə əsas verir ki, Azərbaycan dilinin qorunmağa ehtiyacı var". Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Jalə Əliyeva SİA-ya açıqlamasında deyib. O bildirib ki, Azərbaycan dilinə uydurma sözlərin gətirilməsi ən çox mətbu orqanlarının dilində, yazısında rast gəlinir: "Bəlkə də bu kiminsə, redaktorun və ya korrektorun gözündən yayınan bir xətadır. Amma bu günkü xətalar 10-20 ildən sonra tarixə qovuşan sənədlər olacaq. Gələcək nəsillər onlardan bəhrələnəcək. Dili bu şəkildə gələcək nəsillərə ötürmək olmaz. Mən qətiyyən mətbuatı qaralamaq istəmirəm. Hazırda mətbuatda o qədər də qorxulu bir vəziyyət deyil. Amma hər halda bunun qarşısı alınmalıdır".
Onun sözlərinə görə, əgər biz bu gün Azərbaycan Respublikasında yaşayır və azərbaycanlıyıqsa, şəhərə çıxıb fəaliyyət göstərən mağazaların üzərindəki reklam lövhəciklərində istər leksik, istər qrammatik, istərsə də qeyri Azərbaycan dilində olan yazıları görür və susuruqsa, bu o demək ki, biz vətəndaş deyilik.
J. Əliyeva söyləyib ki, bəlkə də bu məsələlər kənardan xırda görünə bilər, amma gəlin qəbul edək ki, hər bir məsələ məhz xırda amillərdən doğur: "Bir il bundan əvvəl akademik Ramiz Mehdiyevin efirdə olan problemlərlə əlaqədar çox əhəmiyyətli bir məqaləsi çıxdı. Mən belə düşünürəm ki, orada yer alan hər bir cümlə bu sahə ilə məşğul olan insan üçün tezisdir. Məqalədən sonra çox qısa bir müddətdə dəyirmi masalar keçirildi, diskussiyalar aparıldı. Amma sanki nəticə əldə olunmadı. Düzdü, bir müddət efirlərdə ucuzlu verilişlər sanki qayçılandı. Lakin bir azdan sonra baxırıq ki, yenə də hər şey olduğu kimi davam edir. Ona görə də, Mədəniyyət komitəsi bütün bunları nəzərə alaraq Mədəniyyət haqqında qanunun təkmilləşdirərkən sözügedən məsələlərə də toxunacaq. Bütün bunlar həmin qanunda ayrıca bir maddə kimi işlənəcək. Bundan əlavə komitəmiz bu məsələləri yoluna qoymaq üçün ayrıca bir qanun layihəsi hazırlamağı da nəzərdə tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB