AMEA-nın Fəlsəfə İnstitutunda Heydər Əliyevin anım mərasimi kecirilib

AMEA-nın Fəlsəfə İnstitutunda Heydər Əliyevin anım mərasimi kecirilib

Bu gün AMEA-nın Fəlsəfə İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım mərasimi kecirilib. SİA-nın verdiyi məlumata görə, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqələk sükutla yad edildikdən sonra institutun direktoru f.e.d. professor İlham Məmmədzadə anım mərasimini giriş sözü ilə acaraq Ulu Öndərin zəngin dövlətçilik irsinin həyata keçirilməsi istiqamətindəki ardıcıl işlərdən danışıb.

Ötən 15 il ərzində bu vəzifələrin layiqincə yerinə yetirilməsində əsas istiqamət kimi sabitliyin nəinki qorunub saxlanılmasını, həm də onun davamlı olması istiqamətində Prezident İlham Əliyevin yorulmaz fəaliyyətininin mühüm məqamlarını önə cəkib. Dünyada hazırkı geosiyasi vəziyyətə dair təhlillər apararaq Azərbaycanın belə şəraitdə inkişaf dinamikasının yüksələn xəttlə inkişafının ölkəmiz və region ücün xüsusi önəm daşıdığına diqqət çəkib. Ulu Öndərin insan haqlarının müdafiəsi ilə bağlı apadığı siyasətin dünyada sülhün və sabitliyin qorunmasına mühüm çağırışlar olduğunu bu gün də bu çağrışların Azərbaycan tərəfindən həyata kecirilməsinin bəşəriyyət ücün əhəmiyyətini şərh edib. Əldə olunmuş nəticələr mərasim iştirakcılarının diqqətinə çatdırılıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli Ulu Öndərin irsinin öyrənilməsi istiqamətdə zəngin biliklərin ortaya qoyulması, onun zaman-zaman cəmiyytimiz tərəfindən dərk edilməsi zərurətinin güclü dövlətçiliyimiz naminə vacibliyini əsaslandırdı. Ulu Öndərin iş təcrübəsindəki güclü vətənpərvərlik ruhundan, ədalətli mövqeyindən danışıb.

Sonra İnstitutun şöbə müdiri f.ü.e.d. Füzuli Qurbanov Ulu Öndərin milli dəyərlərimizə verdiyi qiymətin, dövlətçiliyimizin inkişafında yaratdığı sabitliyin, güclü iqtisadiyyatın və geosiyasi tarazlığın müsbət nəticələrinə toxünub. O əsaslandırıb ki, zaman keçdikcə cərəyan edən hadisələr dahi siyasi xadimin haqlı olduğunu göstərdi.

İnstitutun şöbə müdirləri Afaq Rüstəmova və Rəna Mirzəzadə XX əsrin 90-cı illərində ölkədə yaranmış hərci-mərciliyin xalqımız və dövlətçiliyimiz üçün ağır nəticələrindən söz açıblar. Belə çətin şəraitdə görkəmli strateqin qısa vaxtda olkədəki ictimai-siyasi sabitliyə nail olması, xalqla siyasi liderin həmrəyliyinin yaradılamsı kimi tarixi missiyanın həyata keçirməsinə dair təhlillər aparıblar. Məhz belə müdrik siyasətin nəticəsində qüdrətli dövlətçilik, inkişaf və tərəqqinin inkaredilməz olduğu bildirilib.

Fəlsəfə elmləri doktoru, İnstitutun şöbə müdirləri, professor Azər Mustafayev, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova, fəlsəfə elmləri doktoru Adil Əsədov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində ölkəmizin müasir dünyadakı mövqeyinin gündən-günə artmasını elmi faktlarla diqqətə çatdırıblar.

YAP Fəlsəfə İnstitutunun sədri s.e.ü.f.d Sənan Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ideyalarını mütərəqqi və mükəmməl ideologiya ətrafinda birləşdirən Yeni Azərbaycan Partiyasının İnstitutda fəaliyyətə başlaması ilə institut ziyalılarının bu ideya ətrafındakı çoxtərəfli elmi-ictimai fəaliyyətinə toxunub. Bu ideyaların Azərbaycanın inkişaf strategiyasındakı alternativinin olmadığını nəzərə catdırıb.

Ümumilikdə mərasim iştirakcıları Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının müasir Azərbaycan dövlətçiliyinin möhkəm baza üzərində formalaşmasındakı rolunu təhlil ediblər. Strateji təfəkkür sahibi olaraq Ulu Öndərin xalqının gələcək inkişafının bünövrəsini qoyması, onun şəxsi keyfiyyətlərinin zaman keçdikcə xalqının və millətinin örnək və qürur mənbəyinə çevrilməsini əsalandırıblar.

Mərasimə İnstitutun direktoru f.e.d. prof. İlham Məmmədzadə yekun vurub. Qarşıda duran vəzifələrə dair tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə