"Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı fikirlər əsassızdır"
"Azərbaycanda xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Bunlar dedi-qodudan başqa bir şey deyil". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Azərbayca Vəkillər Kollegiyasının vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur: "Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər. Vəkillər Kollegiyası vəkilin fəaliyyətini dayandıra bilər və vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son sözü və son qərarı məhkəmə verə bilər".
O əlavə edib ki, bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan Vəkillər Kollegiyası qərar qəbul edib: "Onlardan 3 nəfər üzvlük haqqını ödəmədiyi üçün. 6 aydan artıq üzvlük haqqını ödəməyən vəkili fəaliyyəti dayandlrılır. 1 nəfər də kobud qanun pozuntularına yol verdiyinə və davranış qaydalarını pozduğuna görə onlar barəsində belə bir qərar qəbul olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB