Avtomobilini hissələrə bölüb satan şəxs polisə yalan məlumat verdi DİN
Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal əməliyyat tədbirlərinə başlanılıb.
Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB