Əhali və İnkişaf üzrə Parlament Forumu keçiriləcək

Əhali və İnkişaf üzrə Parlament Forumu keçiriləcək

Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər. Bu barədə SİA-ya Milli Məclisdən məlumat verilib.

Ümumdünya Səhiyyə Təşkilatının Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ilə birlikdə təşkil etdiyi Forumda ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və tibbi yeniliklər müzakirə olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə