127 ölkə plastik məhsullardan birdəfəlik imtina edir

127 ölkə plastik məhsullardan birdəfəlik imtina edir

BMT-nin 127 üzvü və ya dünya ölkələrinin 66%-i plastik qablardan istifadənin birdəfəlik məhdudlaşdırmaqla bağlı qanunvericiliklərinə dəyişikliklər hazırlayırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, BMT ekspertləri tərəfindən 192 ölkənin qanunvericiliyinə nəzər salınıb və məlum olub ki, onlardan 127-si tərəfindən plastik istehlakı ilə bağlı məhdudlaşdırıcı tədbirlər görməyə çalışır. Ekspertlərin bildiriblər ki, plastik qablardan istifadənin məhdudlaşdırılması istiqamətində fəaliyyət 2000-ci ildən başlayıb və ölkələr ilk təcrübəyə plastik torbalardan istifadənin mümkün qədər azaldılması ilə başlayıblar.

Hazırda 27 ölkə plastik torbaların istehsalı ilə bağlı xüsusi vergi tətbiq edib, digər 27 ölkə öz ölkəsində plastik məhsullardan birdəfəlik istifadəni tamamilə və ya qismən qadağan edib.

Plastikə başqa bir yanaşma onun xaric edilməsidir. Əsasən Avropa Birliyi və Sakit okean adlarına daxil olan 23 ölkə plastik məhsulların əvəzində istehlakçılara şüşə və digər məhsul qaytarırlar. Bu ölkələrdə plastik məhsullar emal mərkəzlərinə yönəldilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə