Rektor: “Bu yaxınlarda Azərbaycan Turizm İnstitutunda peşə məktəbinin açılışı olacaq”
Ölkə rəhbərliyinin tapşırığına əsasən, xidmət sahəsində olan kadrların aşağı personalının hazırlığı ilə bağlı Azərbaycan Turizm İnstitutunda (ATİ) peşə məktəbinin qurulması nəzərdə tutulub və hazırda bunun üzərində iş gedir. Bu barədə SİA-ya ATİ-nun rektoru Cəfər Cəfərov məlumat verib. O bildirib ki, bu yaxınlarda institutda peşə məktəbinin açılışı olacaq. Rektorun sözlərinə görə, turizm müəssisələrində işləyən insanların yalnız 25%-nin ali təhsilli olmasına ehtiyac var, ancaq qalanları konkret peşə vərdişlərinə yiyələnən insanlardır.
"Bununla bağlı artıq elanlar verilib və müəyyən müraciətlər də var. Artıq 30-40 nəfərin şəxsi işləri bizdədir. Yeni yaradılan peşə məktəbinə qəbul 6-7 ixtisas üzrə aparılacaq. Yer məsələsi ilə bağlı rəsmi qərar olmadığından daha geniş miqyasda bu elanı yaymaq istəmirik. Ancaq qeyd edim ki, bununla bağlı işlər gedir, müəllimlərin, proqramların hazırlığı istiqamətində işlər aparıllır. Yer məsələsi həll olunan kimi, güman edirəm ki, yeni ildə biz bu işə başlayacağıq. Bildiyim qədər mövcud peşə məktəblərindən birinin Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Turizm İnstitutuna verilməsi nəzərdə tutub", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB