Elektron hökumət üzrə İcra Qrupu yaradılıb TƏDBİR- VİDEO- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid: yeni konsepsiya və gələcəyə baxış” adlı tədbir keçirilib. Tədbirdə müvafiq istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanından irəli gələn məsələlərlə bağlı məlumat verib: "Müvafiq fərmanla elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, habelə inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarının yerinə yetirilməsi Dövlət Agentliyinə həvalə olunub".
Bu yaxınlarda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə E-Hökumət Mərkəzinin inzibati binasının açılışı olduğunu xatırladan agentlik sədri söyləyib ki, Mərkəz dövlət qurumu və publik hüuqi şəxs kimi təsis olunaraq tam şəkildə fəaliyyətə başlayıb: " Artıq biz qarşımızda duran vəzifələri vaxtında icra edib, yekunlaşdırmalıyıq. Bu günkü tədbirimizin məqsədi dövlət qurumları ilə birgə bu sahədə əlaqələndirici İcra qurumunun yaradılması ilə bağlıdır. Burada biz E-Hökumət üçün hansı addımlar atılması, görüləcək işlər haqqında müzakirələr aparacağıq".
Ü. Mehdiyev qeyd edib ki, necə ki 5 il öncə "ASAN xidmət" yaradılaraq vətəndaşlarımızın gündəlik həyatına daxil oldusa, qısa müddətdə E-Hökumət sistemi vətəndaşlarımızın gündəlik fəaliyyətində müsbət şəkildə hiss ediləcək".
Tədbirin davamında Dövlət Agentliyinin sədrinin müşaviri, Elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov elektron hökumət məsələlərinə dair bu günə qədər görülmüş işlər, elektron hökumət sahəsində mövcud vəziyyətlə bağlı geniş məlumat verib. Elektron hökumətin yeni konsepsiyası və qarşılıqlı səmərəli fəaliyyət göstərən elektron hökumət sisteminin qurulması ilə bağlı Dövlət Agentliyinin və digər qurumların qarşısında duran əsas vəzifələr və çağırışlar iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə aidiyyəti qurumların informasiya-texnologiya istiqamətli struktur bölmələrinin rəhbərlərindən ibarət Elektron hökumət üzrə İcra Qrupu yaradılıb.
Sonda sual-cavab sessiyası təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB