“E-Hökumətə inteqrasiya üçün əlavə vəsait tələb olunur”

“E-Hökumətə inteqrasiya üçün əlavə vəsait tələb olunur”

“Elektron Hökumətə daxil olacaq qurumların həm E-Hökumətə, həm də onların bir-birinə inteqrasiyasına əlavə vəsait tələb olunur. Qurumlarda əlaqəli olan xidmətlərlə bağlı təhlil aparanda, üzləşdirəndə çox ciddi, uzlaşmayan nöqtələr aşkar olunur, hamımız bunu gündəlik həyatımızda da görürük”. SİA-nın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Elektron Hökumət portalının bu gün tam gücü ilə işləyə bilmədiyini deyən agentlik sədri söyləyib ki, xidmətlərlə bağlı təhlillər vahid bir sistem üzərində aparılsa, hər bir qurum digər qurumdan ona zəruri olan informasiyanı elektron qaydada alıb özünün uçot-təhlil sistemində uzlaşdıra biləcək, bu da bir sıra çətinlikləri aradan qaldıracaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə