Hicran Hüseynova: “Dövlət sektorunda çalışan qadınların sayı 30 faizdir"
“Biz araşdırma apardıq və müəyyən etmək istədik ki, qadınlar daha çox hansı sektorda çalışırlar. Dövlət və ya özəl sektorda. Bu araşdırmalar göstərdi ki, bu gün dövlət sektorunda çalışan qadınların sayı cəmi 30 faizdir. Qalanların hamısı isə özəl sektorda çalışırlar. Təbii ki, qadınlar ayrı-ayrı istiqamətləri seçə bilərlər. Biz görürük ki, özəl sektorda qadınlar daha çox özəl bank sistemində, hansısa şirkətlərdə və s. çalışırlar”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən “Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər mövzusunda” jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədrinin sözlərinə görə, bu araşdırmalar zamanı bir çox sual ortaya çıxır: “Qadınlara sual olunanda ki, siz daha çox hansı sektora üstünlük verirsiniz. Amma onlar dövlət sektoruna üstünlük verirlər. Bu da təbiidir. Ona görə ki, Azərbaycanda stabillik var və iqtisadi baxımından gözəçarpan bir inkişaf var. Əlbəttə ki, bu stabillik qadınlar üçün maraqlıdır. Çünki dövlət sektorunda qadınlar üçün bir çox güzəştlər var. Amma özəl sektorda hansısa problem yarana bilər. Ona görə də qadınlar öz gələcəyi üçün istəyirlər ki, üstünlük daha çox dövlət sektorunda olsun. Biz bununla bağlı bir çox dövlət qurumları ilə birgə maraqlı layihələrə başladıq. Həmin layihəyə əsasən qadınlar üçün ayrıca dövlət qulluğuna qəbulu yalnız qadınlar üçün keçirməkdir. Yəni bir imtahanda ancaq qadınlar iştirak etsinlər. Bu zaman faizlərdə xeyli dəyişiklik ola bilər. Bununla da dövlət sektorunda qadınların sayı xeyli arta bilər. Bizim bir çox bölgələrimizdə artıq Qadın Resurs Mərkəzləri yaranıb. Bir çox layihələr üzrə biz kiçik, orta bizneslə məşğul olan qadınlara imkanlar yaratdıq ki, onlar öz şəxsi biznesini açsınlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB