Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma və monitorinq keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırmalar üçün atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb. Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.
Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB