Ceyhun Osmanlı: ""İrəli"nin gələn il görəcəyi işlərlə əlaqədar konsepsiya hazırlanır" - AÇIQLAMA
""İrəli" İctimai Birliyinin mərkəzlərinin bütün fəaliyyəti 2011-ci ildə də davam edəcək". Bu sözləri birliyin sədri, millət vəkili Ceyhun Osmanlı SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, təşkilatın gələn il görəcəyi işlərlə əlaqədar yeni konsepsiya hazırlanır: "Biz gələn ilk növbədə "İrəli"nin idarə heyətinin üzvləri ilə birlikdə həmin konsepsiyanı formalaşdıracaq, onun istiqamətlərini müəyyən edəcəyik. Hazırda isə konsepsiya tam hazır deyil. "İrəli"nin qış tətilində konsepsiyanın hazırlıq işləri başa çatacaq".
Təşkilatın gələn il yeni layihələr həyata keçirəcəyini deyən C.Osmanlının sözlərinə görə, bu məsələlərlə əlaqədar gənclərlə ciddi fikir mübadiləsinə ehtiyac var. Millət vəkili qeyd edib ki, Azərbaycanda, dünyada olan imkanların spektri və gənclərimizin inkişaf səviyyəsi dəyişdiyindən gənclərlə əlaqədar keçirilən layihələrdə də dəyişiklik olmalıdır.
"Gələn il təşkilat mövcud əlaqələrdən istifadə edərək həm paytaxtda, həm də regionlarda öz işini davam etdirəcək. Xüsusilə də gələn il region gənclərimizlə layihələrimiz daha çox olacaq, ümumiyyətlə regionlardakı fəaliyyətimizə daha da üstünlük verməyimiz gözlənilir", - deyə C.Osmanlı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB